İyulda «Azərenerji»dən alınmış elektrik enerjisinin dəyərinin tam ödəyən yalnız Regional Enerji Təchizatı İdarəsi olub

İyulda «Azərenerji»dən alınmış elektrik enerjisinin dəyərinin tam ödəyən yalnız Regional Enerji Təchizatı İdarəsi olub
# 28 avqust 2008 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın «Azərenerji» ASC-nin hesabına «Bakıelektrikşəbəkə» ASC tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin 86%-i, «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən 69,9%-i, Regional Enerji Təchizatı İdarəsi tərəfindən isə (ötən ayların debitor borcları nəzərə alınmaqla) 100,4% həcmində vəsait ödənilib.
«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında «Bakıelektrikşəbəkə» istehlak etdiyi elektrik enerjisinin dəyərinin 76,3%-ni, «Sumqayıtelektrikşəbəkə» 73,5%-ni, Regional Enerji Təchizatı İdarəsi isə 88,2%-ni ödəyib.
Qeyd edək ki, cari ilin iyul ayında enerji təchizatı müəssisələrinə topdan satılan elektrik enerjisinin ödənişində «Azərenerji» ASC-nin Enerji Təchizat İdarəsi liderliyini qoruyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR