ARDNŞ ötən ay 135,93 min ton benzin istehsal edib

ARDNŞ ötən ay 135,93 min ton benzin istehsal edib
# 06 sentyabr 2008 09:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Cari ilin avqust ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 135,93 min ton benzin istehsal edilib ki, bu da proqnozdan 1,6% azdır. ARDNŞ-dən APA-ya verilən məlumata görə, bunun 112,37 min tonu avtomobil benzini, 23,56 tonu isə kimya üçün ilkin benzin fraksiyası olub.
Cari ilin yanva-avqust ayında isə 1013,37 min ton avtomobil benzini (827,66 min ton avtomobil benzini, 185,71 min ton kimya üçün ilkin benzin fraksiyası) istehsal edilib. Yanvar-avqust aylarında benzin istehsalı proqnoz 6,5% az, 2007-ci ilin müvafiq dövrünə nisbətdə isə 15% çox olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR