ARDNŞ İzmirdə neft emalı zavodu tikmək üçün sənədlərin hazırlığına başlayıb

ARDNŞ İzmirdə neft emalı zavodu tikmək üçün sənədlərin hazırlığına başlayıb
# 09 sentyabr 2008 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən İzmirin (Türkiyənin) Əlağa qəsəbəsində tikiləcək neft emalı zavodunun sənədlərinin hazırlanmasına başlanılıb. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in İnvestisiyaların İdarəedilməsi Departamentinin müdiri Vaqif Əliyev bildirib.

V. Əliyevin sözlərinə görə, yaxın vaxtlarda ARDNŞ Türkiyə tərəfinə müvafiq müraciətlər təqdim edəcək. O, həmçinin bildirib ki, zavodun illik gücü ilkin olaraq 8-10 mln. ton planlaşdırılsa da, dəqiq rəqəmlər zavodun texniki iqtisadi əsaslandırması hazır olandan sonra məlum olacaq.

Ceyhanda (Türkiyə) inşa olunacaq neft emalı kompleksinə gəldikdə, V. Əliyev qeyd edib ki, ARDNŞ Türkiyədən hələ lisenziya almayıb: «Ümumiyyətlə, ola bilsin ki, prioritet dəyişsin, əvvəlcə Əlağada, sonra isə Ceyhanda zavod inşa edilsin».
Kulevi neft terminalının (Gürcüstan) yaxınlığında neft emalı zavodunun tikintisinə gəldikdə isə, V. Əliyev bildirib ki, bura qapalı ərazi olduğundan orada iri həcmli zavodun inşası məqsədəuyqun deyil: «Ümumiyyətlə isə bu məsələ araşdırma tələb edir».

V. Əliyev həmçinin qeyd edib ki, Bakıda neft emalı zavodunun inşası ilə bağlı hazırlıq və araşdırma işləri həyata keçirilir ki, bu da, təxminən 1,5-2 il davam edəəck.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR