Kulevi terminalın baş direktoru: “Terminalın əməkdaşları rus qoşunları Batumiyə daxil olandan sonra da iş yerlərini tərk etməmişdilər”

Kulevi terminalın baş direktoru: “Terminalın əməkdaşları rus qoşunları Batumiyə daxil olandan sonra da iş yerlərini tərk etməmişdilər”
# 09 sentyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gürcüstanda hərbi əməliyyatlar zamanı ARDNŞ-in Gürcüstandakı Kulevi terminalı fəaliyyətini dayandırmayıb. «APA-Economics»in məlumatına görə, terminalın baş direktoru Kərim Quliyev bildirib ki, Batumi istiqamətində hərbi əməliyyatlar zamanı dəmir yolunun partladılması nəticəsində terminalın yük qəbul etmə əməliyyatları dayandırılıb: «Hazırda terminal öz fəaliyyətini davam etdirir. Heç bir problem yoxdur».

K. Quliyevin sözlərinə görə, terminalın əməkdaşları rus qoşunları Batumiyə daxil olandan sonra da iş yerlərini tərk etməyərək fəaliyyətlərini davam etdiriblər: “Halbuki digər biznes strukturları və müvafiq qurumlar fəaliyyətlərini donduraraq Batumini tərk etmişdilər”.

Qeyd edək ki, Kulevi terminalının illik yükburaxma qabiliyyəti 4 mln. tondur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR