Bakı şəhərində borclu abonentlərin işıqlarının kəsilməsinə başlanılıb

Bakı şəhərində borclu abonentlərin işıqlarının kəsilməsinə başlanılıb
# 15 sentyabr 2008 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu gün saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi ilə təchizatını dayandırmağa başlayıb. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
«Bakıelektrikşəbəkə»dən verilən məlumata görə, borcların ödənilməsi üçün abonentlərə sentyabrın 12-dən xəbərdarlıq olunub. Borcunu ödəməyən abonentlərin enerji təchizatının dayandırılması tədbirləri paytaxtın bütün rayonlarında aparılır.
Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 650 minə yaxın abonenti var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR