Azərbaycan fevralda sutkada 750,6 min barel neft hasil edib

Azərbaycan fevralda sutkada 750,6 min barel neft hasil edib
# 10 mart 2020 14:39 (UTC +04:00)

Bu ilin 2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barel olub. Bunun 667,4 min barelini xam neft, 83,2 min barelini kondensat təşkil edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, gündəlik 530,3 min barel xam neft, 79,6 min barel kondensat, 12,4 min barel neft məhsulları ixrac edilib.

Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “qəbul edilmiş Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-ci ilin mart ayının sonunda başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR