Azərbaycan nefti həftə ərzində 0,9% ucuzlaşıb

#
# 09:45
23 dekabr 2019

Həftə ərzində (16-20 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,63 ABŞ dolları və ya 0,9% azalaraq orta hesabla 69,23 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 70,11 dollar təşkil edib, ən minimal göstərici isə 67,72 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR