"Lukoil" 1,5 mlrd. dollarlıq layihələri dondurub

"Lukoil" 1,5 mlrd. dollarlıq layihələri dondurub
# 26 oktyabr 2020 11:01 (UTC +04:00)

Rusiyanın "Lukoil" neft-qaz şirkəti aşağı neft qiymətləri fonunda 1,5 mlrd. dollarlıq layihələri dondurub. Aşağı neft qiymətləri dövrünün davam etdiyi halda, şirkət investisiya proqramlarının ixtisarını nəzərdən keçirəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.

O qeyd edib ki, bu gün neftin böyük həcmləri anbarlara vurulub və qiymət sabit olaraq 40 dollar civarındadır. Bu cür aşağı qiymətlər neft sənayesində investisiya fəallığının kəskin azalmasına səbəb olur: "Bu gün təxminən 1,5 mlrd. dollarlıq layihələr dondurulub. Aşağı neft qiymətləri dövrü davam edərsə, əlbəttə, investisiya proqramlarının azaldılmasına yenidən baxmaq məcburiyyətində olacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR