"Lukoil": Neft bazarında artıq heç vaxt defisit olmayacaq

"Lukoil": Neft bazarında artıq heç vaxt defisit olmayacaq
# 27 aprel 2021 14:38 (UTC +04:00)

Hazırda qlobal neft bazarında defisit mövcud deyil və artıq heç vaxt olmayacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Lukoil" neft şirkətinin vitse-prezidenti və ortaq sahibi Leonid Fedun deyib.

Bununla yanaşı, L. Fedun hazırda neft bazarında tələb və təklifin tamamilə tarazlı olduğunu qeyd edib.

"Bazarda tələb bərpa olunur, bazar düzəlir", - L. Fedun qeyd edib.

Xatırladaq ki, "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) nazirlərinin monitorinq komitəsi bu il təklif üzrə gündəlik kəsirin 1,2 mln. barel olacağını proqnozlaşdırıb. Öncəki proqnoza görə, bu göstərici 0,8 mln. barel səviyyəsində olacağı ehtimal edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR