ABŞ-ın neft ehtiyatları yeddi həftəlik azalmadan sonra ilk dəfə artıb

ABŞ-ın neft ehtiyatları yeddi həftəlik azalmadan sonra ilk dəfə artıb
# 30 sentyabr 2021 09:53 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 4 578 min barel artaraq 418 541 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 652 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları yeddi həftəlik azalmadan sonra ilk dəfə artıb.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR