Aİ ölkələri qazın qiymətlərini müzakirə edəcək

Aİ ölkələri qazın qiymətlərini müzakirə edəcək
# 06 oktyabr 2021 17:57 (UTC +04:00)

Brüsseldə 21-22 oktyabr tarixlərində keçiriləcək Avropa İttifaqı (Aİ) sammitinin iştirakçıları qazın qiymətlərini müzakirə edəcəklər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının Prezidenti Çarl Mişel bildirib.

Onun sözlərinə görə, sammit zamanı İspaniya və Fransanın Aİ-nin enerji bazarında islahatlarla bağlı təklifləri müzakirə ediləcək.

Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 700 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR