Avrasiya İqtisadi Birliyinin ümumi enerji bazarları 2025-ci ilədək formalaşacaq

Avrasiya İqtisadi Birliyinin ümumi enerji bazarları 2025-ci ilədək formalaşacaq
# 24 sentyabr 2021 16:17 (UTC +04:00)

Avrasiya İqtisadi Birliyinin (AİB) ümumi enerji bazarlarının (ümumi qaz bazarı daxil olmaqla) formalaşması 2025-ci il üçün başa çatmalıdır.

"APA-Economics"in Rusiyanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Nikolay Şulginov AİB-in enerji qurumlarının onlayn formatda keçirilən görüşü zamanı bildirib.

Onun sözlərinə görə, AİB-in ümumi enerji bazarlarının yaradılması bütün Birlik iştirakçılarına enerji resurslarına diskriminasiyasız çıxışını təmin edəcək.

Qeyd olunur ki, AİB-in energetika nazirləri ümumi təbii qaz bazarının formalaşmasının aktual məsələlərini müzakirə ediblər. Görüş zamanı Birliyin ümumi qaz bazarı haqqında beynəlxalq müqavilə layihəsinin razılaşdırılmasının gedişatına xüsusi diqqət yetirilib.

Xatırladaq ki, AİB-ə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR