Avropada təbii qazın qiyməti 1 150 dolları ötüb

Avropada təbii qazın qiyməti 1 150 dolları ötüb
# 17 noyabr 2021 12:19 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 150 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 17 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 152 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,7% çoxdur.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR