Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 350,073 mln. manat manat məbləğində dizel yanacağı istehlak edilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33,1% çoxdur.
Təkcə 2021-ci ilin II rübündə 193,116 mln. manatlıq dizel istehlakçılar tərəfindən alınıb ki, bu da illik müqayisədə 59,2% çoxdur.
Xatırladaq ki, 2021-ci ilin birinci yarısında Azərbaycanda 1,231 mln. ton dizel istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.