Azərbaycanda əmtəəlik səmt qazının istehsalı ötən il 13%-dən çox artıb

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı ötən il 13%-dən çox artıb
# 05 avqust 2021 17:32 (UTC +04:00)

Cari ilin I yarısında Azərbaycanın neft yataqlarından 7 074,5 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,02% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-iyun aylarında ölkədə 7 073,4 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 106,8 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 13,2% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-iyunumda bu göstərici 1 860,4 mln. kubmetrə bərabər olub.

Xatırladaq ki, ötən il ölkədə neft yataqlarından 13 307 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2% azdır. 2020-ci ildə Azərbaycanda istehsal edilən səmt qazının 3 412,6 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb, bu da 5,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda istehsal edilən səmt qazının böyük hissəsi Xəzərdə yerləşən “Azəri-Çiraq-Günəşli” neft-qaz yataqlarının payına düşür. Burada çıxarılan səmt qazının bir hissəsi SOCAR-a verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR