BTC ilə 4 ayda Türkiyə ərazisi ilə 69 mln. barelə yaxın neft nəql edilib

BTC ilə 4 ayda Türkiyə ərazisi ilə 69 mln. barelə yaxın neft nəql edilib
# 22 may 2021 12:33 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 68 605 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 77 789 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR