KİV: Qlobal neft bazarında bu il qıtlıq davam edəcək

KİV: Qlobal neft bazarında bu il qıtlıq davam edəcək
# 31 avqust 2021 17:04 (UTC +04:00)

"OPEC+"ın (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ən son proqnozlarına görə, bu il qlobal bazarda neft çatışmazlığı davam edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, "OPEC+" 2022-ci ildə qlobal neft bazarında profisitin olacağını proqnozlaşdırır.

Mənbənin sözlərinə görə, məlumatlar onu göstərir ki, "OPEC+" ölkələri gündəlik neft hasilatını 400 min barel artırsa da, kommersiya neft ehtiyatları azalmağa davam edəcək. Buna baxmayaraq, yanvar ayında bazarda artıq təklifin yaranacağı və 2022-ci ilin axırına kimi davam edəcəyi proqnozlaşdırılır.

Mənbə onu da qeyd edib ki, 2022-ci ildə qlobal neft bazarında gündəlik təklif tələbi 2,5 mln. barel üstələyəcək və nəticədə neft ehtiyatları 913 mln. barel artacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən "OPEC+" ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq (avqust-dekabr aylarında – red.) "OPEC+" ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq və müvafiq olaraq ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR