OPEC 2045-ci ilədək qlobal neft bazarında payını artıracaq

OPEC 2045-ci ilədək qlobal neft bazarında payını artıracaq
# 29 sentyabr 2021 12:18 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2045-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin istehsalını 42,7 mln. barelə çatdıracaq ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 39,1% çoxdur.

Bu barədə "APA-Economics" OPEC-in "World Oil Outlook" (WOO) illik hesabatına istinadən xəbər verir.

Xatırladaq ki, 2020-ci ildə OPEC üzrə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin istehsalı 30,7 mln. barel təşkil edib.

Hesabata əsasən, 2035 ildə OPEC üzrə sözügedən göstərici 35,7 mln. barel səviyyəsində olacaq. Beləliklə, OPEC-in qlobal neft bazarında 2035-ci ildə 33%-dən 2045-ci ildə 39%-dək artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR