"OPEC+" iştirakçılarının iclası həftəsonu keçirilə bilər

"OPEC+" iştirakçılarının iclası həftəsonu keçirilə bilər
# 06 iyul 2021 14:04 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin görüşü bu həftənin sonunda baş tuta bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" razılaşma üzrə nümayəndə heyətlərinin birində olan mənbəyə istinadən bildirib.

Onun sözlərinə görə, "OPEC+" razılaşması iştirakçıları arasında qeyri-rəsmi danışıqlar davam edir.

"Onlar (qeyri-rəsmi danışıqlar – red.) dayandırılmayıb. İclasa gəldikdə, iştirakçılar müzakirələrin tezliklə başlanmasının tərəfdarıdır, böyük ehtimalla, görüş həftəsonu baş tut bilər. Düşünürəm ki, konsensus əldə olunacaq. Bu, ümumi problemlərdir və onları həll etmək lazımdır", - mənbə qeyd edib.

Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.

Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR