"Qazprom Neft": Hazırda qlobal neft bazarında böhran yoxdur

"Qazprom Neft": Hazırda qlobal neft bazarında böhran yoxdur
# 15 oktyabr 2021 14:52 (UTC +04:00)

Qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ilin əvvəli üçün qayıdacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Qazprom Neft" şirkətinin rəhbəri Aleksandr Dyukov "Rusiya enerji həftəsi" çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda qlobal neft bazarında böhran yoxdur, indiki vəziyyət bazarın həddindən çox "qızmasının" göstəricisidir.

"Neft bazarından danışırıqsa, hesab edirəm ki, heç bir böhran yoxdur, çünki ümumiyyətlə, problem yoxdur, bazarın bir qədər "qızması" ilə əlaqədar situasiya var. İlin sonu, gələn ilin əvvəli üçün pandemiyadan öncə olan səviyyəsində neft istehlakımız olacaq", - A. Dyukov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR