Rusiya bu il neft-qaz hasilatını artıracaq

Rusiya bu il neft-qaz hasilatını artıracaq
# 10 noyabr 2021 13:22 (UTC +04:00)

Bu ilin nəticələrinə görə, Rusiyada neft və qaz kondensatı hasilatı ötən ilin göstəricisi ilə müqayisədə 0,8% artaraq 517 mln. tona çatacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə ölkədə 777 mlrd. kubmetr təbii qaz hasil ediləcək ki, bu da illik müqayisədə 12% çoxdur.

"2021-ci ildə koronavirus dalğalarına baxmayaraq, həm dünya iqtisadiyyatında, həm də daxili iqtisadiyyatda canlanma müşahidə olunur. Bunu yanacaq-energetika kompleksində istehsal göstəricilərinin artımında da müşahidə etmək olar", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR