Səudiyyə Ərəbistanı 2060-cı ilədək karbondan neytral olmağı hədəfləyib

Səudiyyə Ərəbistanı 2060-cı ilədək karbondan neytral olmağı hədəfləyib
# 25 oktyabr 2021 11:28 (UTC +04:00)

Dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı 2060-cı ilə qədər istixana qazı emissiyalarını sıfıra endirməyi öhdəsinə götürüb.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarının təhlükəsizliyi və sabitliyinin gücləndirilməsində krallığın liderliyini qoruyaraq bu məqsədə doğru (qazı emissiyalarını sıfıra endirməyi məqsədi – red.) gedəcək.

Məhəmməd bin Salman onu da qeyd edib ki, Səudiyyə Ərəbistanının iqlim hədəflərinə enerji balansının dəyişdirilməsi, bərpa olunan enerji mənbələrinə (hidrogen daxil olmaqla – red.) investisiyalar, enerji istehsalı və istifadəsinin səmərəliliyinin artırılması daxildir.

Qeyd olunur ki, krallıq ümumilikdə 700 mlrd. riyal demək olar ki, 190 mlrd. dollar) iqlim dəyişikliyi ilə mübarizə üçün uzunmüddətli proqramın həyata keçirilməsinə sərf edəcək. Bu proqrama metanın atmosferə atılmalarının qarşısının alınması ilə bağlı tədbirlərdə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR