"Şimal-Qərb" RETSİ ərazisində enerji təchizatı yaxşılaşdırılır

"Şimal-Qərb" RETSİ ərazisində enerji təchizatı yaxşılaşdırılır
# 06 may 2021 12:50 (UTC +04:00)

"Şimal-Qərb" Regional Enerji Təchizat və Satış İdarəsinin (RETSİ) xidməti ərazisində abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə genişmiqyaslı işlər aparılır.

"Azərişıq" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, son bir il ərzində burada 16 ədəd yarımstansiya yenidən qurulub, iki ədəd yeni yarımstansiya tikilərək istismara verilib. Hazırda iki yeni yarımstansiyanın istismara verilməsi istiqamətində son tamamlanma işləri aparılır, hava elektrik xətləri, transformator məntəqələri yenilənir.

Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi tamamilə yenidən qurulur. Naqillər, dayaqlar və Komplekt Transformator Təntəqələri yenilənir.

Son bir il ərzində 4 yaşayış massivinin 0,4 kV-luq şəbəkəsi izolyasiyalı naqillə tam şəkildə yenidən qurulub. 18 yaşayış massivində isə 10/6/0,4 kV-luq şəbəkədə yenidənqurma işlər aparılıb. Açıq tipli naqillərin izolyasiyalı kabellərlə əvəz olunması və sayğacların həyətyanı sahələrdən çıxarılaraq küçə divarlarına quraşdırılması sayəsində itkilərin azaldılmasına nail olunur.

Qeyd edək ki, RETSİ-in struktur tərkibinə Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax və Şamaxı Elektrik Şəbəkələri daxildir. RETSİ üzrə 202 min 261 əhali, 19 min 531 qeyri-əhali olmaqla, ümumilikdə 221 min 792 abonent elektrik enerjisi ilə təchiz edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR