Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb

Türkiyə Rusiya qazının idxalını 2,7 dəfə artırıb
# 30 iyul 2021 11:38 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Rusiyadan Türkiyəyə 12 006,37 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-may aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-may aylarında Rusiyadan 4 522,12 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR