ADNSU-da üç qrup distant təhsilə keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

© APA | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

# 19 oktyabr 2021 11:43 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üç qrup distant təhsilə keçib.

Bunu APA-nın sorğusuna cavab olaraq ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib. Onun sözlərinə görə, hər qrupda bir nəfərdə koronavirusa yoluxma aşkarlandığı üçün həmin qruplar tədrisə onlayn formada davam edir: “Həmin qrupların olduğu fakültə dekanlığı mütəmadi olaraq virusa yoluxan tələbələrlə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanırlar. Həmin qruplarda başqa tələbələrdə virusa yoluxma aşkarlanmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR