ADPU-da ümumilikdə 19 qrup distant təhsilə keçib

Azərbaycan Dövlət Pedaqoji Universiteti

© APA | Azərbaycan Dövlət Pedaqoji Universiteti

# 25 oktyabr 2021 15:43 (UTC +04:00)

"Tədris ili başlayandan Azərbaycan Dövlət Pedaqoji Universitetində 19 qrup distant təhsilə keçib".

Bu barədə APA-nın sorğusuna cavab olaraq Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin qruplardan 4-ü artıq əyani dərslərə qayıdıb, bir neçəsi isə bu həftə qayıdacaq

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20363 nəfər tələbə təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR