Ali məktəblərdə akademik heyətin reyestri yaradılacaq

Ali məktəblərdə akademik heyətin reyestri yaradılacaq
# 29 oktyabr 2021 17:15 (UTC +04:00)

Ali təhsil müəssisəsində akademik vəzifə tutan şəxslər haqqında məlumatların idarə edilməsi məqsədilə akademik heyətin reyestri yaradılacaq.
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ali təhsil müəssisəsi orta əmək haqqını saxlamaqla beş ildə bir dəfə akademik heyətin və elmi işçinin ixtisasartırma və təcrübə keçməsini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR