Apellyasiyaya müraciət edən 103 müəllim daimi əsaslarla çalışmaq imkanı qazanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 20 may 2021 15:50 (UTC +04:00)

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 7-8 may tarixlərində həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR