Aprel ayında icbari tibbi sığortadan faydalanan əhalinin sayı açıqlanıb

Aprel ayında icbari tibbi  sığortadan faydalanan əhalinin sayı açıqlanıb
# 20 may 2021 15:37 (UTC +04:00)

Bu ilin aprel ayı ərzində 59 şəhər və rayonda vətəndaşlara 1 476 971 tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 683 071 dəfə müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 259 230-u ambulator, 217 741-i isə stasionar şəraitdə göstərilib.

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar Mingəçevir (528), Şirvan (246), Yevlax (204), Gəncə (194), Ağdaş (192), Qəbələ (187), Zaqatala (186), Göygöl (186), Göyçay (171) və Xaçmaz rayonlarıdır (170).

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (154 448), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (127 124), Xaçmaz (75 845), Yevlax (64 474), Quba (51 627), Ağdaş (49 849), Zaqatala (41 697), Göyçay (40 894), Şəki (40 725) və Qusar Rayon Mərkəzi Xəstəxanaları (36 487) daxildir.

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Xaçmaz, Yevlax, Quba, Zaqatala, Ağdaş, Şəki, Göyçay və Beyləqan Rayon Mərkəzi Xəstəxanaları təşkil edir.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunda Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Ağdaş, Qobustan, Qusar, Bərdə, Şirvan və Yevlax Rayon Mərkəzi Xəstəxanaları yer alır.

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

2021-ci ilin aprel ayı ərzində tibbi ərazi bölmələri (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir:

Bərdə-Yevlax TƏB (323 061), Quba-Xaçmaz TƏB (208 460), Şəki-Zaqatala TƏB (200 690), Gəncə TƏB (186 959), Göyçay-Kürdəmir TƏB (110 076), Dağlıq Şirvan TƏB (103 678), Şəmkir-Tovuz TƏB (98 691), Ağdam-Ağcabədi TƏB (79 652), İmişli-Sabirabad TƏB (66 910), Lənkəran TƏB (54 310) və Cəlilabad-Salyan TƏB (44 484).01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən, icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.

Agentlikdən bildirilib ki, bu ilin aprel ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 507 000 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 283 312 dəfə müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 383 555-i ambulator, 123 445-i isə stasionar şəraitdə göstərilib.

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

Qeyd edək ki, bütün ölkə üzrə aprel ayı ərzində 557 152 nəfərə tibbi xidmət göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR