Aramsız yağışlar Göygöl rayonunda fəsadlar törədib, yük maşını seldə batıb - FOTO

Göygöl, sel

© APA | Göygöl, sel

# 10 iyun 2021 11:45 (UTC +04:00)

Güclü yağış Göygöl rayonunda bir sıra fəsadlara səbəb olub.

APA-nın qərb bürosunun xəbərinə görə, aramsız yağan yağışlar nəticəsində Gəncəçay çayı daşıb. Ətraf əraziləri sel suları basıb. Çayın Göygöl rayonundan keçən hissəsində "ZİL” markalı yük maşını sel sularında batıb.

Selin fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR