AVRO-2020: Niderland Avstriya ilə, Ukrayna Şimali Makedoniya ilə oynayacaq

AVRO-2020:  Niderland Avstriya ilə, Ukrayna Şimali Makedoniya ilə oynayacaq
# 17 iyun 2021 01:28 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha üç oyun keçiriləcək.

Çempionatın favoritlərindən sayılan Belçika B qrupunda Danimarka ilə qarşılaşacaq. İlk oyunda gözlənilmədən Finlandiyaya uduzan sonuncular doğma divarlar arasında ilk xallarını qazanmağa çalışacaq. Belçika isə meydana ikinci qələbə üçün çıxacaq.

Digər iki matç C qrupunda təşkil olunacaq. Çempionata məğlubiyyətlə başlayan Ukrayna və Şimali Makedoniya üz-üzə gələcək. Rəqiblər 1/8 final şansını çətinə salmamaq üçün 3 xal uğrunda mübarizə aparacaq.

İlk turda qələbəni üç qolla qazanan Niderland və Avstriya vahid liderlik uğrunda mübarizə aparacaq. Bu görüşdə qələbə qazanan komanda digər matçın nəticəsindən asılı olaraq adını 1/8 finala yazdıra bilər.

Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.

AVRO-2020
II tur, 17 iyun

C qrupu
17:00. Ukrayna – Şimali Makedoniya
Baş hakim:
Fernando Andres Rapallini (Argentina)
Buxarest. “Nasional” stadionu

B qrupu
20:00. Danimarka – Belçika
Baş hakim:
Byorn Kuypers (Niderland)

1

Belçika

1

1

0

0

3-0

3

2

Rusiya

2

1

0

1

1-3

3

3

Finlandiya

2

1

0

1

1-1

3

3

Danimarka

1

0

0

1

0-1

0

C qrupu
23:00. Niderland – Avstriya
Baş hakim:
Orel Qrinfeld (İsrail)
Amsterdam. “Yohan Kroyf Arena”

1

Avstriya

1

1

0

0

3-1

3

2

Niderland

1

1

0

0

3-2

3

3

Ukrayna

1

0

0

1

2-3

0

3

Ş.Makedoniya

1

0

0

1

1-3

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR