Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 03 avqust 2021 20:17 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 785 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 119 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 971 686, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 147 721 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR