Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 27 sentyabr 2021 16:37 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8350575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4713775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3636800 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR