Azərbaycanda "Peace be upon you, - Salam Aleykum" beynəlxalq mədəniyyət layihəsi keçiriləcək

Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs

© APA | Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs

# 07 iyun 2021 14:52 (UTC +04:00)

"Beynəlxalq sülh əməliyyatlarına verdiyi dəstəyə və göstərdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirik".

APA-nın xəbərinə görə, bunu NATO-nun Azərbaycandakı əlaqələndiricisi funksiyasını daşıyan Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs "Peace be upon you, - Salam Aleykum" beynəlxalq mədəniyyət layihəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, layihə iki hissədən ibarət olacaq: "Beynəlxalq incəsənətlə bağlı layihənin birinci hissəsi iyunun 15-dək davam edəcək. Bu mədəniyyət tədbiri Latviya səfirliyi və "Platform of Art" təşkilatı vasitəsilə reallaşır. Layihəmizə Əfqanıstan və Gürcüstan səfirlikləri dəstək verir. Həmçinin, Macarıstan, Türkiyə, ABŞ və Ukrayna səfirliyi də bu layihədə tərəfdaşdır. Layihə çərçivəsində sərgilər, fotosərgilər və film nümayişləri olacaq".

D. Qarançs deyib ki, iyunun 8-də Ukrayna səfirliyinin dəstəyi ilə fotosərginin açılışı olacaq. Fotosərgidə ukraynalı məşhur fotoqraf Aleksandr Klimenkonun fotoları nümayiş olunacaq.

"Layihə çərçivəsində" Azərbaycanın Avroatlantikada sülh və təhlükəsizliyə töhfəsi" barədə beynəlxalq konfrans keçiriləcək.

“Bildiyiniz ki, Latviya səfirliyi iki il müddətinə 2021-2022-ci illərdə NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyidir və bu konfransı biz keçirəcəyik. Konfrans ADA Universitetində baş tutacaq, yüksək səviyyəli şəxslərin iştirakı və çıxışı gözlənilir.

Ümumiyyətlə, bu layihəmiz sülh, azadlıq və təhlükəsizlik devizi altında keçirilir. Yeri gəlmişkən, biz Azərbaycana beynəlxalq sülh əməliyyatlarına verdiyi dəstəyə və göstərdiyi töhfəsinə görə təşəkkür edirik", səfir vurğulayıb.

Daha sonra mətbuat konfransında layihənin bədii rəhbəri Səbinə Şıxlinskaya çıxış edib.

O, layihənin detalları, keçiriləcək, müzakirələr, sərgilər barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR