Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 73 nəfər sağalıb - VİDEO

Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 73 nəfər sağalıb - VİDEO
# 14 iyul 2021 16:25 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR