Bakı, Sumqayıt və Abşeronda həkimlərə bonusların verilməsinin gecikmə səbəbi açıqlanıb

Bakı, Sumqayıt və Abşeronda həkimlərə bonusların verilməsinin gecikmə səbəbi açıqlanıb
# 16 iyun 2021 15:35 (UTC +04:00)

“Bakı, Sumqayıt və Abşeronda yeni struktur dəyişikliyi ilə bağlı ştat cədvəlləri hazırlandığlndan həkimlərə bonusların verilməsi gecikir. Bonuslar aprelin 1-dən hesablanmaqla veriləcək”.

APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, bölgələrdə isə həmin bonuslar verilir: “Digər şəhər və rayonlarda tibbi fəaliyyətdən sonra ayın sonunda qeydiyyata alınan xəstələrin reyestri çıxarılır və həkim göstərdiyi xidmət əsasında bonuslarını alır. Ancaq təəssüf ki, bəzi xəstəxanalarda hələ də qeydiyyatda problem var, vətəndaşlar ya şəxsiyyət vəsiqəsini unudur, ya da digər səbəblərdən qeydlər aparılmadan reyestrdə məlumat çıxmır və həmin bonusları da vermək mümkün olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR