Bakıda söküləcək məktəb və korpusların sayı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 21 iyun 2021 13:14 (UTC +04:00)

2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

İdarədən APA-ya verilən məlumata görə, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub. Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan arazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir.

1 məktəbin sökülərək yenidən tikintisi tamamlanmaq üzrədir. 2 məktəbin əsaslı təmiri və əlavə korpusunun tikintisi, 1 məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri davam etdirilir. Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası və 1 məktəbin əsaslı təmiri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR