BNA: 15 İyun - Milli Qurtuluş günü və 20 iyun - bazar günü ictimai nəqliyyat işləyəcək

BNA: 15 İyun - Milli Qurtuluş günü və 20 iyun - bazar günü ictimai nəqliyyat işləyəcək
# 14 iyun 2021 15:31 (UTC +04:00)

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək isə müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR