BSU-nun keçmiş rektoru Bayram Tahirbəyov vəfat edib

Bayram Tahirbəyov

© APA | Bayram Tahirbəyov

# 09 iyul 2021 11:12 (UTC +04:00)

Bakı Slavyan Universitetin keçmiş rektoru, professor Bayram Tahirbəyov vəfat edib.

Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin professoru Nüşabə Sadıxlı bildirib. O deyib ki, B.Tahirbəyov ötən gün vəfat edib və bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Bayram Tahirbəyov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda rus dili və xarici dil müəllimlərinin ixtisasartırma fakültəsində ümümi və rus dilçiliyi, ümumi və slavyan filologiyası fənlərini tədris edib. O, eyni zamanda, 1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (hazırki Bakı Slavyan Universitetinin) rektoru vəzifəsində işləyib. Rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR