Dövlət Komitəsi: Bakının Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir

Dövlət Komitəsi: Bakının Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir
# 22 iyun 2021 16:10 (UTC +04:00)

“Bakı şəhərinin Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir".

APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib. O bildirib ki, layihə təsdiqlənmək üzrədir: “Layihə çərçivəsində yaşıllıq sahələrinin maksimum artırılması nəzərdə tutulub. Göllərin regenerasiyası, yeni parkların salınması, Bulvar zolağının Bibiheybətə qədər uzadılması davam etdirilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR