Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib

Dövlət Statistika Komitəsi

© APA | Dövlət Statistika Komitəsi

# 19 noyabr 2021 21:02 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının səlahiyyət müddətinin bitdiyini nəzərə alaraq, onun aşağıdakı yeni tərkibi təsdiq edilib:

Şuranın sədri

Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Şuranın üzvləri:

İsmayılov Rafiq Səlim oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini

Həsənli Anar Tarif oğlu - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini

Rəhimli Elşən Moqif oğlu - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini

Əhmədov Əzizağa Nəriman oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi

Nəsirov Samir Şahmur oğlu - Azərbaycan Respublikası Mərkəzi Bankının Statistika departamentinin direktoru

Tağıyev Çingiz Həsən oğlu - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri

Hümbətov Fuad Dursun oğlu - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini

İsaxanlı Hamlet Abdulla oğlu - “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri

Yaqubov Sakit Məmədi oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru

Muradov Allahyar Niyaz oğlu - Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini

İsmayılov Dağbəyi Mirzəxan oğlu - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini

Qaraşov Fərhad Arif oğlu - “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri

Quliyev Aydın Alqulu oğlu - “Bakı-Xəbər” qəzetinin baş redaktoru

İbrahimov Zaur İbrahim oğlu - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü

Şuranın katibi

Əhmədli Hikmət Bakir oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR