Ermənistanın təcavüzü nəticəsində Gəncədə ziyan görən 3200-ə yaxın tikili bərpa olunub, 12 ev yenidən tikilib - FOTO

Ermənistanın təcavüzü nəticəsində Gəncədə ziyan görən 3200-ə yaxın tikili bərpa olunub, 12 ev yenidən tikilib - FOTO
# 29 oktyabr 2021 11:23 (UTC +04:00)

Gəncə şəhəri 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən ən çox ziyan çəkmiş ərazilərimizdəndir. APA-nın yerli bürosunun məlumatına görə, şəhərdə ümumilikdə 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb.

Dövlət başçısının tapşırığına əsasən, hazırda 3200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib, hazırda onların təmir işləri aparılır.

Bununla yanaşı, 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir. Gəncə şəhərində əhalinin rahat həyat şəraitinin bərpası üçün zəruri addımlar atılır.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 11750-dən çox (yeni rəqəmdir 28.10.2021) yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR