FHN-nin Şimal-qərb Regional Mərkəzində qərargah məşqi keçirilib

FHN-nin Şimal-qərb Regional Mərkəzində qərargah məşqi

© APA | FHN-nin Şimal-qərb Regional Mərkəzində qərargah məşqi

# 01 noyabr 2021 16:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, məşq Mərkəzin şəxsi heyətinin peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, zabitlərin baş vermiş fövqəladə hadisənin qiymətləndirilməsi, hərtərəfli təhlilin aparılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün düzgün qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Qərargah məşqində verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Sonda məşqin nəticələri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR