FHN: Psixoloji yardım üçün müraciət edənlərin 60 faizi müharibə iştirakçısı olub

FHN: Psixoloji yardım üçün müraciət edənlərin 60 faizi müharibə iştirakçısı olub
# 12 iyul 2021 11:16 (UTC +04:00)

"Psixoloji yardımla bağlı müraciət edənlərin 60 faizi müharibə iştirakçıları olub".

APA-nın məlumatına görə, bunu FHN-in Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Türkiyədən dəvət edilmiş psixoloqların mətbuat konfransında deyib.

O bildirib ki, müraciət edənlərin 20-25 faizi isə müharibədən zərər görmüş şəxslərdir: "Ən az müraciət isə şəhid ailə üzvləri tərəfindən olub. Bu da bizim ənənədən gələn bir şeydir və ən azı 1 ilə qədər yaş saxlanılması ilə bağlıdır. Şəhid ailələrinə müraciət edirəm, onların başına gələn dərd çox böyükdür, amma şəhid olanlar ana, vətən, ailə üçün şəhid olublar. Onlar ailə üzvləri əziyyət çəksin, istəməzlər. Başlarını dik tutmalarını, həyata sarılmalarını istəyərlər. Şəhid ailələrinin dərdi bizim də dərdimizdir. İcazə verin, belə anda sizin yanınızda olaq. Yetər ki, müraciət edin, 24 saat ərzində sizə kömək etməyə hazırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR