Göygöldə yaşlı kişi intihar edib

Göygöldə yaşlı kişi intihar edib
# 25 avqust 2021 09:02 (UTC +04:00)

Göygöldə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Xəqani kəndində qeydə alınıb.

Kənd sakini, 1938-ci il təvəllüdlü Famil Musayev yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR