Gürcüstanda seçkilərin ilkin nəticələri məlum olub

Gürcüstanda seçkilərin ilkin nəticələri məlum olub
# 30 oktyabr 2021 21:27 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hakim “Gürcü Arzusu” partiyasının yerli özünüidaretmə seçkilərinin ikinci tutunda bütün şəhər və bələdiyyələrdə qalib gəldiyini açıqlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, baş nazir “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll” nəticələri ilə tanış olduqdan sonra bu barədə danışıb. İ. Qaribaşvili paytaxt Tbilisidə qələbə münasibəti ilə Kaxa Kaladzeni təbrik edib.

“İmedi” telekanalının sifarişi əsasında “GORBI” araşdırmalar mərkəzinin həyata keçirdiyi “exit-poll”un nəticələrinə əsasən hakim “Gürcü Arzusu”nun Tbilisi üzrə mer namizədi Kaxa Kaladze 57,2%, müxalif “Vahid Milli Hərəkat”ın namizədi Nika Melia isə 42,8% səs toplayıb. Digər böyük şəhərlərə gəlincə isə “exit-poll” nəticələrinə görə "Gürcü Arzusu" Batumidə 50,8%, Kutaisidə 51,9%, Rustavidə 53,8% səs çoxluğu ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR