Həkim: “Uşaqlarda ən çox rast gəlinən virus infeksiyalarıdır"

Həkim: “Uşaqlarda ən çox rast gəlinən virus infeksiyalarıdır"
# 16 iyul 2021 16:20 (UTC +04:00)

“Qastroenteritə səbəb olan bir çox infeksiyalar var”.

APA-nın məlumatına görə, bunu K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun Pediatrı, uzman Azər Əhmədov “Uşaqlarda gastroenteritlər” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, bunlar, virus, bakterial, mantar və parazitlər ola bilər: “Uşaqlarda ən çox rast gəlinən virus infeksiyalarıdır. Virus infeksiyası zamanı antibiotik istifadəsinin heç bir anlamı yoxdur. Əksinə bağırsağın mikroflorasını pozaraq ishalı daha da artmasına gətirib çıxara bilər. İlk olaraq bunun növü müəyyənləşdirilməlidir. Əgər ishalla birlikdə hərarət və ya qanlı ishal varsa o zaman bu bakterial infeksiyanın olduğunu düşündürür. Bu zaman antibiotik istifadəsi ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR