"İMZA" Zəfər günü ilə əlaqədar xüsusi videotəbrik hazırlayıb

"İMZA" Zəfər günü ilə əlaqədar xüsusi videotəbrik hazırlayıb
# 09 noyabr 2021 11:16 (UTC +04:00)

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyi 8 noyabr - Zəfər Günü ilə əlaqədar tanınmış simaların bayram müraciətləri əsasında xüsusi videotəbrik hazırlayıb.

Birliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, videotəbrikdə "İMZA"çılar adından İB-nin sədri Xəyyam Əsgərov, dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, millət vəkilləri, ziyalılar ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və qalib Azərbaycan xalqına qələbə münasibətilə öz təbriklərini, xoş arzularını çatdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR