Kardioloq: “B vitamininin çox qəbulu onkoloji xəstəliklərə səbəb ola bilər”

kardioloq Fərid Əliyev

© APA | kardioloq Fərid Əliyev

# 29 sentyabr 2021 15:37 (UTC +04:00)

“Ürək-damar xəstələri illik qrip peyvəndindən keçsinlər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, aritmoloq, invaziv kardioloq Fərid Əliyev "Ümumdünya Ürək Günü " mövzusunda çıxışında deyib.

O bildirib ki, onlar virusa yoluxduğu zaman xəstəliyi ağır keçirirlər: “Ürək-damar xəstələri koronavirusa yoluxanda xəstəliyin gedişatı bir az ağır olur. Amma ümumilikdə risk altında deyillər. Hər kəs necə, onlar da xəstəlikdən eynilə qorunmalıdır”.

Mütəxəssis qeyd edib ki, xəstəliyin gedişatı müxtəlif ürək-damar xəstəliklərində müxtəlif olur: “COVID-19 mənfi və müsbət şeylər gətirib. Ən müsbət xüsusiyyət o olub ki, insanlar sağlamlıqlarına daha çox diqqət etməyə başlayıb. COVID-dən sadə yollarla qorunmaq mümkündür. Əlləri yumaq, maska taxmaq və s. Profilaktik dərman istifadəsinin yeri yoxdur. Bəzən xəstələr lazımsız yerə müxtəlif qrup vitaminlər qəbul edirlər. Çox miqdarda B qrup vitaminin alınması gələcəkdə onkoloji xəstəliklərə səbəb ola bilər. Lazımsız yerə, bilmədən vitaminlər içməyin. Orqanizmdə nə çatışmırsa, onu yerinə qoymaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR