2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələri elan olunub.
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən APA-ya verilən məlumata görə, 5 may tarixindən etibarən start verilən müsabiqənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Elektron yerləşdirmə zamanı 1841 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlər şəxsi səhifələrinə müvafiq sənədləri yüklədikdən sonra sənədlərin yoxlanılması prosesi həyata keçiriləcək. Müsabiqə iştirakçılarına sənədləri şəxsi səhifələrinə yükləyərkən diqqətli olmaq tövsiyə edilir.
Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.
Müəllimlərin yerdəyişməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələri açıqlanıb
27 may 2021 22:03 (UTC +04:00)
Sosial
Sığortaedənlərin sayı 0,74% artıb
10:53
26 aprel 2024
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabat hazırlaması təklif edilir
10:26
26 aprel 2024
NİİM piyadalara müraciət edib - VİDEO
10:01
26 aprel 2024
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
09:59
26 aprel 2024